Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan media əməkdaşlarının anım günü

Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür.
2021-ci ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş televiziya və informasiya agentliklərinin əməkdaşlarını daşıyan “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilər tərəfindən yerləşdirilmiş tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində üç nəfər – AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: