azturkxeber.az
http://azturkxeber.az

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Şelburn”a üç cavabsız qolla qalib gəlib

24-07-2025

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Şelburn”a üç cavabsız qolla qalib gəlib

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub.

Dublində yerləşən “Tolka Arena”da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 13-cü dəqiqədə Leandro Andrade, 80-ci dəqiqədə Aleksey Kaşuk, 85-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.

Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031