azturkxeber.az
http://azturkxeber.az

Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq

30-07-2025

Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Şelburn” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031