azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

13-07-2025

İyulun 13-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib.

İmtahanda iştirak edən 91 namizəddən 40 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.

Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.

Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə https://www.justice.gov.az/categories/189 linkə keçid edərək tanış olmaq mümkündür.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 15-16 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031