azturkxeber.az
http://azturkxeber.az

İstifadə olunmuş geyimlər Qananın qorunan su-bataqlıq ərazilərinə atılır

19-06-2025

IMG

Aparılmış araşdırma nəticəsində Böyük Britaniya istehlakçıları tərəfindən atılmış və Qanaya göndərilmiş geyimlərin bu ölkənin qorunan su-bataqlıq ərazilərində yerləşən nəhəng tullantı sahəsinə tapıldığı məlum olub.

“Greenpeace Africa” təşkilatı ilə birgə çalışan “Unearthed” jurnalistlərinin məlumatına görə, “Next” brendinə aid geyimlər, eləcə də “George at Asda” və “Marks & Spencer” mağazalarının əşyaları çimərlik yaxınlığında, zibilliklərdə və digər sahələrdə tapılıb.

“The Guardian” qəzetinin yazdığına görə, bu tullantılar beynəlxalq əhəmiyyətə malik olan və üç növ dəniz tısbağasının məskunlaşdığı su-bataqlıq ərazilərdə yerləşir. Yerli sakinlər bildirirlər ki, balıqçı torları, su yolları və çimərliklər Böyük Britaniya və Avropadan Qanaya ixrac edilən sintetik əsaslı moda geyimləri ilə çirklənib. Sahildəki üçüncü tullantı məntəqəsində “Unearthed” jurnalistləri “M&S”, “Zara”, “H&M” və “Primark” brendlərinə aid geyimlərə rast gəliblər.

Moda brendlərin nümayəndələri etiraf ediblər ki, tekstil tullantılarının təkrar emalı ilə bağlı sənayedə ciddi problemlər mövcuddur. “H&M”, “Zara” və “George” şirkətləri bəyan ediblər ki, məhsulların istifadə müddətinin bitməsi ilə bağlı brendlərin məsuliyyət daşımasını məcburi etmək üçün istehsalçının genişləndirilmiş məsuliyyəti (EPR) konsepsiyasını dəstəkləyəcəklər.

Araşdırma göstərib ki, Qanada yeni zibilliklər şəhər ərazilərindən kənarda və biomüxtəliflik üçün həyati əhəmiyyət daşıyan qoruqlarda yaranır. Jurnalistlər Britaniya etiketləri olan tekstil tullantılarının bitki örtüyünə dolaşdığını, qum və tullantılar arasında yarıbasdırılmış vəziyyətdə çimərlik kurortlarına atıldığını müşahidə ediblər. Bu kurortlarda hər həftə tonlarla geyim yandırılır.

Qananın paytaxtı Akkranın Tullantıların idarə olunması üzrə departamentinin rəhbəri Solomon Noy bildirib ki, təkcə şəhər bazarlarından gündəlik olaraq 100 ton geyim tullantı kimi çıxarılır. Şəhər isə bunun yalnız 30 tonunu toplayıb emal edə bilir.

“Qalan 70 ton isə zibilliklərə, kanalizasiyalara, laqunlara, su-bataqlıq ərazilərə, dənizə və digər ekoloji cəhətdən həssas məkanlara atılır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya istehlakçıları hər il təxminən 1,5 milyon ton istifadə olunmuş tekstil atır. Onların çoxu təkrar emala göndərilmir. Hər il təxminən 730 min ton tekstil tullantısı ya yandırılır, ya da zibilliklərə atılır. Təkrar istifadə və emala göndərilən 650 min tonun 420 mini ixrac edilir. Bu tullantı geyimlərinin ən çox göndərildiyi ölkə isə Qanadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30