“Amazon” şirkəti öz kuryerləri üçün süni intellekt əsaslı ağıllı eynəklər hazırlayır. Eynəklərin xüsusiyyəti ondan ibarətdir ki, kuryerlər əllərindən istifadə etmədən işləyə bilsinlər, bu isə onların daim növbə ilə həm telefona, həm çatdırdıqları bağlamaya, həm də ətrafa baxmaq zərurətini azaldacaq.
Eynəklər kuryerlərə bağlamaları skan etmək, piyada marşrutu üzrə addım-addım təlimatlara riayət etmək və çatdırılma faktını təsdiqləmək imkanı verəcək ki, bütün bunlar telefondan istifadə etmədən həyata keçiriləcək. Eynəklər süni intellektə əsaslanan sensor imkanlardan və kompüter funksiyalarından istifadə edərək kameralarla birlikdə displey yaradır. Bu displeydə təhlükələr və çatdırılma tapşırıqları kimi məlumatlar əks olunur.
“Amazon” ümid edir ki, yeni eynəklər sürücülərə və kuryerlərə ətraflı göstərişlər və təhlükələr barədə məlumatı birbaşa görmə sahəsində təqdim etməklə hər bir çatdırılma üçün tələb olunan vaxtı azaldacaq.
Eynəklər kuryerin gödəkcəsinə bərkidilmiş idarəetmə cihazına qoşulur. Cihazda idarəetmə elementləri, dəyişdiriləbilən batareya və xüsusi təcili yardım düyməsi yerləşir.
“Amazon” qeyd edir ki, eynəklər həm reseptlə təyin olunan optik linzaları, həm də işıqlandırmaya avtomatik uyğunlaşan fotoxrom linzaları dəstəkləyir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt məsələlərinə böyük diqqət ayrılır