Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfli görüşlər keçirib.
Nazirlikdən bildirilib ki, oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə keçirilən görüşdə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri müzakirə olunub.
S.Babayev iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunaraq,
xüsusilə ticarət, xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdə Azərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəal iştirak imkanlarını diqqətə çatdırıb.
Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkənin biznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin və birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, S.Babayev Serbiya Respublikası Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə də görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycan və Serbiya şirkətlərinin birgə layihələrdə iştirakı sahəsində potensial əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Eyni zamanda, iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib və bu məqsədlə Anlaşma Memorandumunun imzalanması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan və Serbiya Hökumətləri arasında Birgə Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes forumu keçirilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib