azturkxeber.az
http://azturkxeber.az

Ölkəmizə repatriasiya edilən daha 6 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlanılıb

24-10-2025

IMG

Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 4-ü uşaq, 2-si isə qadındır.

Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.

Növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş şəxslərin sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031