azturkxeber.az
http://azturkxeber.az

Çin külək enerjisi ilə işləyən dünyanın ilk sualtı məlumat mərkəzinin tikintisini başa çatdırıb

24-10-2025

IMG

Çin külək enerjisi ilə fəaliyyət göstərən dünyanın ilk sualtı məlumat emalı mərkəzinin tikintisinin başa çatdığını elan edib.

Layihə ölkənin şərqində Şanxay bələdiyyəsində həyata keçirilib və hesablama infrastrukturunun “yaşıl” inkişafı sahəsində yeni mərhələ hesab olunur.

Obyekt Çinin (Şanxay) pilot layihəli Azad Ticarət Zonasının Linqan ərazisində yerləşir. Linqan inzibati komitəsinin məlumatına görə, layihəyə 1,6 milyard yuan (təxminən 384 milyon AZN) sərmayə qoyulub, məlumat mərkəzinin ümumi gücü isə 24 meqavata çatır.

Komitədən bildirilib ki, tikintinin tamamlanması sualtı məlumat mərkəzləri ilə bərpa olunan enerji mənbələrinin inteqrasiyasında bir irəliləyişdir. Layihə hesablama güclərinin inkişafında “yaşıl” və aşağı karbonlu yanaşmanın, eləcə də dəniz külək elektrik stansiyalarının enerjisindən səmərəli istifadənin bariz nümunəsidir.

Ənənəvi yerüstü məlumat emalı mərkəzləri ilə müqayisədə yeni sualtı obyekt 95 faizdən çox “yaşıl” elektrik enerjisindən istifadə edir ki, bu da ümumi enerji sərfini 22,8 faiz azaltmağa, şirin su istehlakını tam aradan qaldırmağa və torpaq resurs larından istifadənin həcmini 90 faizdən çox azaltmağa imkan verir. Bu barədə layihənin podratçılarından biri olan “Shanghai Hicloud Technology” şirkətinin baş direktoru Su Yan məlumat verib.

O, həmçinin qeyd edib ki, adi məlumat mərkəzlərində istehlak olunan bütün enerjinin 40–50 faizi soyutma sistemlərinə sərf olunur. Dəniz suyundan təbii soyutma sistemi kimi istifadə edən yeni sualtı mərkəz bu göstəricini 10 faizdən aşağı endirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031