Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, oktyabrın 25-i saat 00:00-dan etibarən paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: