azturkxeber.az
http://azturkxeber.az

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq

25-07-2025

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq

Sabah səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər bir sıra ünvanlarda yol təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar aşağıdakılardır:

- Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);

- Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək);

- Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).

Nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağı yollar isə aşağıdakılardır.

- Binəqədi rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor tunelinə qədər);

- Xətai rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının qarşısı);

- Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi).

Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinədək) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazilərdə 26 iyul saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031