azturkxeber.az
http://azturkxeber.az

AVF prezidenti Şahin Bağırov U-15 qız voleybolçularımızı bürünc medal münasibətilə təbrik edib

24-10-2025

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında bürünc medal qazanmış voleybolçu qızlardan ibarət U-15 komandamızın üzvləri ilə görüşüb. Görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiya nümayəndələri, U-15 yığmamızın oyunçuları, məşqçilər heyəti və valideynlər iştirak edib.

Ş.Bağırov ilk olaraq komandamızın oyunçularını və məşqçilər heyətini bürünc medal münasibətilə təbrik edib. O, bu mükafatı AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib.

Ş.Bağırov yeniyetmə voleybolçulara daim öz üzərlərində yaxşı çalışmalarını, gələcəyin güclü, tanınmış voleybolçusu olmaq, əsas millimizin heyətində yer almaq üçün hər zaman ciddi səylə göstərmələrini tövsiyə edib, onlara qarşıdakı yarışlarda və karyeralarında uğurlar arzulayıb. Federasiya rəhbəri hər zaman övladlarının yanında olan və onlara dəstək olan valideynlərə də təşəkkürünü bildirin.

Sonra Faiq Qarayev, Bəhruz Quliyev və Faiq Orucov çıxış edərək federasiya tərəfindən ölkəmizdə uşaq və yeniyetmə voleybolunun inkişafı istiqamətdə işlərin davam etdirildiyini bildiriblər, həm qızlar, həm də oğlanlardan ibarət komandalarımızın yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inamlarını ifadə ediblər.

Tədbirdə çıxış edən komandanın baş məşqçisi Şahin Çatma, yeniyetmə voleybolçular və valideynlər AVF rəhbərliyinə yaradılan şəraitə və voleybolun inkişafı ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031