azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Azərbaycan Milli Kitabxanasının qonağı olub

24-10-2025

24 oktyabr tarixində Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Raxımjan İsakulov Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.

Görüş zamanı Raxımjan İsakulov atası Yerjan İsakulovun müəllifi olduğu “Краткая история Шынгыз хана”, “Шынгыз хан” və Рашид ад-дин Фазуллах Хамадани.“Жамиг ат-тауарих. Первый том” “Жамиг ат-тауарих. Второй том” adlı kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib.

Professor Kərim Tahirov dəyərli hədiyyəyə görə qonağa təşəkkürünü bildirib və qarşılıqlı olaraq Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam Azərbaycan” kitablarını Raxımjan İsakulova təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031