Fransız Polineziyası 4,8 milyon kvadrat kilometrlik bütün eksklüziv iqtisadi zonasını, demək olar ki, bütün Avropa İttifaqının ölçüsü boyda dünyada ən böyük dəniz parkının yaradılmasını elan edib.
Yeni qoruq okean həyatı, mədəni ənənələr və kommersiya balıq ovu və dərinsu faydalı qazıntı hasilatı ilə təhdid edilən ekosistemlər üçün sipər olmalıdır.
Prezident Moetai Brazerson bu təşəbbüsü Fransada BMT-nin Okean Konfransında təqdim edib. Onun sözlərinə görə, parkın ümumi sahəsinin bir milyon kvadrat kilometrdən çoxu ciddi şəkildə qorunacaq: 900 min kvadrat kilometr sənaye balıq ovu və ehtiyatların hasilatı üçün tamamilə bağlanacaq, daha 186 min kvadrat kilometr isə ənənəvi kustar üsulla balıqçılıq üçün ayrılacaq. Səlahiyyətlilər 2026-cı ilədək Ümumdünya Okeanlar Gününə qədər daha 500 min kvadrat kilometr əlavə etməyi planlaşdırır.
Dəniz parkı müasir elmi əsrlər boyu dənizi ehtiyatla və davamlı şəkildə idarə edən polineziyalıların ənənəvi bilikləri ilə birləşdirəcək. Arxipelaq sakinlərinin 92 faizi bu ideyanı dəstəklədi – onlar üçün bu, təkcə ekoloji siyasət deyil, həm də mədəni irsin qorunması üsuludur.
Polineziya sularında köpək balıqları, balinalar, tısbağalar və planetin ən sağlam mərcan riflərindən bəziləri yaşayır. “Conservation International”ın məlumatına əsasən, region bütün Sakit Okean üçün əsas biomüxtəliflik zonasıdır. Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqının (BTTSMİ) prezidenti Razan Əl Mübarək bu addımı “yeni okean mühafizəsi standartı” və digər ölkələr üçün nümunə adlandırıb.
Fransa parkın monitorinqini dəstəkləyəcək: indi onun dəniz sularının 78%-i ekoloji mühafizə altında olacaq. Sakit Okean regionu bütövlükdə okeanların mühafizəsi üzrə liderə çevrilir - son illərdə Samoa, Fici və Kuk adaları oxşar zonalar yaradıblar.
Fransız Polinezyası tarixdə ən böyük dəniz qoruğunu yaradaraq sadəcə öz sularını qorumur, həm də dünya okeanlarının gələcəyi üçün istiqamət müəyyən edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB