azturkxeber.az
http://azturkxeber.az

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

15-03-2025

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb


Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 3,6 milyard dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkəyə 2,7 milyard dollarlıq məhsul idxal edilib və bu da 2024-cü ilin yanvar-fevral aylarının göstəricisindən 19,5 faiz çoxdur. İxrac isə 835,4 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 faiz çoxdur.

Gürcüstanın xarici ticarətində 1,9 milyard dollar saldo yaranıb, bu da ötən ilin analoji göstəricisindən 53,1 faiz çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31