azturkxeber.az
http://azturkxeber.az

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

 

Martın 15-də saat 11:00-da V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək. 

Bakı Dövlət Universitetində və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçiriləcək müsabiqədə olimpiadanın respublika turunda 75 baldan yuxarını toplayan şagirdlər iştirak edəcəklər. 
Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu ilin 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
V Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31