azturkxeber.az
http://azturkxeber.az

Ulduz futbolçunun diskvalifikasiya müddəti başa çatıb

11-03-2025

Ulduz futbolçunun diskvalifikasiya müddəti başa çatıb


Antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılan Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddəti başa çatıb.

31 yaşlı futbolçu artıq karyerasını istənilən klubda davam etdirə bilər. İddiaya görə, oyunçunun xidmətində ölkəsinin "Marsel" və ABŞ-ın "İnter Mayami" kollektivləri maraqlıdır. Onun son komandası İtaliya təmsilçisi "Yuventus" olub.

Poqbanın əsas məqsədinin Fransa millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak etmək olduğu bildirilib. Buna görə də futbolçu növbəti mövsümə mümkün qədər yaxşı hazırlaşmaq istəyir.

Qeyd edək ki, İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) Pol Poqbanı qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 il müddətində futboldan diskvalifikasiya etmişdi. Amma daha sonra futbolçunun cəzası yüngülləşdirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31