azturkxeber.az
http://azturkxeber.az

“Oxbridge Academy”nin şagirdləri BMU-da ekskursiyada olublar

11-03-2025


“Oxbridge Academy”nin 9-cu sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

BMU-dan bildirilib ki, əvvəlcə şagirdlərə universitetin strukturu, maddi-texniki bazası, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ümumi məlumat verilib.

Sonra məktəblilər Biologiya və Kimya laboratoriyaları ilə yaxından tanış olub, müxtəlif kimyəvi analiz proseslərini izləyiblər.

BMU-nun Texnoparkına da baş çəkən məktəblilər tələbələrin innovativ layihələri ilə tanış olub və bir sıra startapların, xüsusən “Zəngəzur” Pilotsuz Uçuş Aparatının hazırlanması texnologiyası ilə maraqlanıblar.

Şagirdlər BMU ilə tanışlığın onlarda xoş təəssürat yaratdığını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31