azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda ilk dəfə aqrar sığorta eksperti təlimləri keçirilir

11-03-2025


Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi Aqrar Sığorta Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında da tətbiq olunur.

İlk dəfə olaraq Aqrar Sığorta Fondu tərəfindən Naxçıvanda müstəqil aqrar sığorta eksperti olmaq istəyən mütəxəssislər üçün təlimlərə start verilib.

Xatırladaq ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta mexanizminin işində mühüm yer tutur. Ekspertlər sığortalanmaq üçün müraciət etmiş təsərrüfatlara baxış keçirir, onların sığortaya yararlı olub-olmaması haqqında rəy verir. Eləcə də aqrar sığorta ekspertləri hadisə baş verən əkin sahələrinə və təsərrüfatlara baxış keçirərək hadisəni araşdırır, onların səbəbini müəyyən edir və dəymiş zərəri hesablayır.

Təsərrüfatların sığortalanması və hadisə baş verdikdə dəymiş zərərin ödənişi aqrar sığorta ekspertinin rəyi əsasında həyata keçirilir. Aqrar sığorta eksperti xidməti ödənişlidir və Aqrar Sığorta Fondu tərəfindən bu şəxslərə xidmət haqqı, yol pulu və hotel xərcləri ödənilir. Nəticədə, aqrar sığorta ekspertləri kifayət qədər yüksək gəlir əldə edirlər.

Naxçıvan Muxtar Respublikasında aqrar sığorta mexanizminin fəaliyyətinin təmin edilməsi üçün yerli aqrar sığorta ekspertlərinin hazırlanmasına başlanılıb. Ekspert təlimləri Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən həyata keçirilir. Burada ekspert olmaq istəyən namizədlərə zərərin hesablanması, təsərrüfatların sığortaya yararlı olub-olmamasının müəyyən edilməsi, sığorta hadisələrinin araşdırılması, bu zaman diqqət yetirilməli olan məqamlar, ekspert rəyinin hazırlanması və sair mövzularda biliklər verilir.

Qeyd edək ki, təlimdən keçən namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahana buraxılacaq. İmtahandan keçmiş namizədlərə aqrar sığorta eksperti sertifikatı verilir və onlar Azərbaycan Mərkəzi Bankındakı müvafiq reyestrə daxil edilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31