azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və İspaniya arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

11-03-2025


İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə bu gün keçirilən Azərbaycan-İspaniya biznes-forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizin İspaniya ilə əməkdaşlığın inkişafına önəm verdiyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb. Tərəflər Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31