azturkxeber.az
http://azturkxeber.az

Rəsmi Kiyev Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə edilməsi üçün əsas prinsiplərini açıqlayıb

03-03-2025

Rəsmi Kiyev Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə edilməsi üçün əsas prinsiplərini açıqlayıb


Ukrayna ilə Rusiya Federasiyası arasında potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır.

Bu barədə Ukrayna Prezidentinin rəsmi saytı Londonda Avropa liderlərinin iştirakı ilə keçirilən sammitdən sonra qəbul edilən bəyanata əsasən məlumat yayıb.

“Potensial atəşkəsin əsası mütləq güclü təhlükəsizlik təminatları olmalıdır. Xüsusilə, Ukrayna ordusunun təhlükəsizliyinin və gücləndirilməsinin təminatlarından biri kimi Şimali Atlantika Müqaviləsi mexanizmlərinin cəlb edilməsi imkanları nəzərdən keçirilir”, - deyilir.

Eyni zamanda Ukrayna Prezidentinin mətbuat xidməti qeyd edib ki, atəşkəs rejiminin başlanması əsirlərin dəyişdirilməsi və uşaqların geri qaytarılması ilə başlamalıdır.

“Bu, Rusiyanın sülhlə bağlı əsl niyyətini nümayiş etdirəcək addımdır”, - deyə mətbuat xidməti əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31