azturkxeber.az
http://azturkxeber.az

Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və ona bitişik tarixi bina bərpa olunacaq

03-03-2025

 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

 Həyata keçirilən tədbirlərin davamı olaraq “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi bina bərpa ediləcək. Bununla bağlı artıq satınalma elan olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” məqsədilə satınalma keçirilmiş və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq satınalma keçirilir. Satınalma yekunlaşdıqdan sonra bərpa işlərinə başlanılacaq. 

Məlumat üçün qeyd edək ki, bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31