Müdafiə Nazirliyinin komandası III minifutbol turnirində növbəti qrup mərhələsinə vəsiqə qazanıb
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası növbəti oyununu keçirib.
Play-off mərhələsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin komandası ilə qarşılaşan komandamız 5-1 hesabı ilə qələbə qazanıb.
Bu qələbədən sonra play-off mərhələsini keçən komandamız növbəti qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: