azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istəyirdim, lakin Paşinyan buna imkan vermədi

03-03-2025

 

Müharibə vaxtı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istəyirdim, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan vermədi.

AzTurkxeber.az xəbər verir ki, bunu Qarabağ separatçılarının lideri məhkəmədə ifadəsində bildirib.

"Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako (Saakyan) və Arkadi (Qukasyan) də lazım olsa buna qoşulacaqlar. Oktyabrın 19-u gününün sonunda o mənə geri zəng edib dedi ki, müharibə davam edir", - deyə müttəhim qeyd edib.

Eyni zamanda, Arutunyan Azərbaycanın dərinliklərinə raket zərbələri barədə qərarın da İrəvanda qəbul olunduğunu vurğulayıb.

Separatçıların işi üzrə məhkəmə prosesi 6 martda davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31