azturkxeber.az
http://azturkxeber.az

Yunanıstanda tətil dəmiryolu və hava nəqliyyatının işini pozub

28-02-2025

Yunanıstanda tətil dəmiryolu və hava nəqliyyatının işini pozub


Yunanıstanda nəqliyyat sektoru işçilərinin 24 saatlıq tətili nəqliyyatın hərəkətində problemlər yaradıb.

Tətil səbəbindən Afinada şəhərətrafı qatarların hərəkəti tamamilə dayandırılıb. Paytaxtın taksi sürücülərinin də aksiyaya qoşulduğu bildirilir. Buna baxmayaraq, metro və tramvaylar etirazçıları aksiyanın keçirildiyi parlament binası qarşısına daşımaq məqsədilə fəaliyyətini davam etdirib.

Tətildə aviasiya dispetçerləri də iştirak etdiyi üçün hava limanlarında uçuşların dayandırılacağı gözlənilir.

Aksiya Yunanıstanın Fessaliya vilayətində baş vermiş qatar qəzasının ikinci ildönümünə həsr olunub. Qeyd edək ki, 2023-cü ildə şəhərlərarası sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 57 nəfər ölmüşdü. Qəza Yunanıstanın dəmir yolu nəqliyyatı tarixində ən ölümcül hadisə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728