azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondu Naxçıvanda qış düşərgəsi reallaşdırıb

28-02-2025

 

25-27 fevral 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə  Naxçıvanda şəhidlərimizin övladları üçün qış düşərgəsi reallaşdırılıb.

Bununla əlaqədar iştirakçılar 25 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.

Layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və  Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilə birgə tərəfdaşlıq çərçivəsində həmçinin  “Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə baş tutub.

11-16 yaş aralığındakı 25 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan əyləncəli idman oyunlarına maraq oyatmaq,  yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.

Düşərgə çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla görüşüblər. 

Rəsmilər şəhid övladları ilə söhbət aparıb, onların  müxtəlif mövzularda suallarını cavablandırıblar. 

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev muzeyinə ekskursiya  da təşkil olunub. Həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ümumilikdə 3 gün ərzində iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728