Trampın və komandasının etdiyi böyük bir tərbiyəsizlikdir
"Dünyanın gözü qarşısında qonaq ölkənin rəhbərinin alçaldılması dünyadakı qaydaların amansız tapdanması, onsuz da tükdən asılı beynəlxalq hüquqa tüpürməkdir"
AzTurkxeber.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
Politoloqun sözlərinə görə, bu, bu, qarşısıalınmaz proseslərə aparır. Tramp üçüncü dünya müharibəsinin səbəbkarı kimi Zelenskini ittiham edir, amma özünün etdiyi hərəkətin dünya üçün doğuracağı nəticələri müharibə səbəbi kimi görmürsə, onda heç nə. Sabahdan hansı ölkənin hansı ölkədən xoşu gəlmirsə, çağırıb rəhbərini rahat formada sındıra bilər.
Ortada Amerika dəyərləri- filan artıq yoxdur. Üç yüz illik sistem yeni amerikan tiraniyasına tabe olmaqdadır.
Hər -halda "kostyum"suz da olsa, Zelenskinin duruşu alqışa layiqdir deyə politoloq bildirib.