Tramp: Ukrayna razılaşması ya tezliklə əldə ediləcək, ya da heç olmayacaq
Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşma ya nisbətən tez əldə olunacaq, ya da heç olmayacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp ikitərəfli danışıqların yekunu üzrə Ağ evdə Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Trampın sözlərinə görə, Ukrayna nizamlanması məsələsində böyük irəliləyiş əldə olunub. "Mən düşünürəm ki, işlər olduqca sürətlə gedir. Bu, nisbətən tez baş verəcək və ya heç olmayacaq", - deyə ABŞ lideri hesab edib.
“Əgər sülh istəyirsənsə, münaqişənin hər iki tərəfi ilə danışmalısan”, - deyə Tramp qeyd edib ki, bu yanaşmanı “sağlam düşüncə” diktə edir. "Növbəti addımımız atəşkəsə doğru olacaq, buna nail olmaq tamamilə mümkündür. Ümid edirik ki, bu, tezliklə baş verə bilər", - deyə ABŞ Prezidenti yekunlaşdırıb.