azturkxeber.az
http://azturkxeber.az

Tramp Britaniya Baş nazirini müdafiə xərclərini ikiqat artırmağa çağırıb

28-02-2025

Tramp Britaniya Baş nazirini müdafiə xərclərini ikiqat artırmağa çağırıb


ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Kir Starmerin müdafiə xərclərini 2,5 faizə yüksəltmək vədinə baxmayaraq, ölkənin bu sahəyə ayırdığı vəsaiti ikiqat artırmasını istəyib.

Azturkxeber.az “The Independent”ə istinadla xəbər verir ki, Ağ evdən verilən məlumata görə, D.Tramp Kir Starmerin müdafiə xərclərini artırmaq qərarından çox məmnun qalıb, lakin yenə də NATO müttəfiqlərini müdafiə büdcələrini 5 faizə yüksəltməyə çağırıb.

Baş nazir K.Starmer Vaşinqtonda, Ağ ev və Dauninq Strit arasında indiyə qədər keçirilmiş ən vacib görüşlərdən birində iştirak edir. Onun ABŞ-dan Ukrayna üçün dəstək mexanizmi tələb edəcəyi gözlənilir.

Starmerin ÜDM-də müdafiə xərclərinin 2,3 faizdən 2,5 faizə qaldırılması qərarı da bu çərçivədə Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməyə hazır olduğunu göstərmək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728