Starmer: Avropa Ukrayna nizamlanmasında tam şəkildə iştirak etməlidir
Avropa Ukrayna münaqişəsinin həllində tam şəkildə iştirak etməlidir.
Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişənin həlli üçün “güclü sövdələşmə” əldə edilməlidir. "Mən hesab edirəm ki, Avropa ölkələri, o cümlədən Böyük Britaniya bu işdə tam şəkildə iştirak etməlidir", - deyə Britaniyanın Baş naziri Londonun aparıcı rolu öz üzərinə götürməyə hazır olduğunu qeyd edib. Bildirib ki, müzakirə sülhməramlı kontingent kimi quru qoşunlarının göndərilməsini, həmçinin mümkün hava və dəniz dəstəyini əhatə edə bilər.
Starmer qeyd edib ki, o, Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşdə məsələni qaldırıb.