azturkxeber.az
http://azturkxeber.az

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqlara əyləncəli proqram təqdim edəcək

28-02-2025

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqlara əyləncəli proqram təqdim edəcək


Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün “Keçəlin sehiri” adlı əyləncəli proqram hazırlayır.

Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Teatrın yaradıcı kollektivi, eyni zamanda, Rafiq Səməndərin “Çətin məsələ” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində də məşqləri davam etdirir. Baş rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, İlmar Abdullayev, Araz Mehrablı, Cəbrayıl Quluşov, Fidan Mahmudzadə, Elnurə Əliyeva və Azər Kərimov ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Tamaşa martın sonunda uşaqlara təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728