azturkxeber.az
http://azturkxeber.az

Polis Səbail rayonunda saxladığı narkokuryerlərdən 3 kiloqramdan çox narkotik vasitə götürüb

28-02-2025


Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 20 yaşlı Pərviz Cəfərov və tanışı 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 3 kiloqramdan artıq heroin və marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728