azturkxeber.az
http://azturkxeber.az

NDU ilə ABŞ-nin Corc Vaşinqton Universiteti ikili diplom üçün əməkdaşlıq memorandumu imzalandı

28-02-2025

 

NDU ilə ABŞ-nin Corc Vaşinqton Universiteti ikili diplom üçün ilkin razılıq əldə edib, əməkdaşlıq memorandumu imzalayıb.

Naxçıvan Dövlət Universitetində Amerika Birləşmiş Ştatlarının tanınmış universitetlərindən Corc Vaşinqton Universiteti ilə ali təhsil ocağı arasında görüş keçirilib. Görüşdə universitetin rektoru Elbrus İsayev və rəhbər heyət, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer və universitetin proqram direktoru Sevinc Məmmədova iştirak edib.   
NDU və Corc Vaşinqton Universiteti arasında magistratura təhsil pilləsi üzrə müzakirələr aparılıb.
 “Səhiyyənin idarə edilməsi” və digər ixtisaslara dair ikili diplom proqramları, peşəkar inkişaf proqramları, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqatlar, kitabxana bazalarına inteqrasiya, professional təlim proqramları, ortaq seminar və konfransların təşkili və başqa prioritet əməkdaşlıq sahələrinə dair yol xəritəsi barədə ilkin razılığa gəlinib. NDU ilə Corc Vaşinqton Universiteti arasındakı əməkdaşlıq  akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və  gələcəkdə təhsil liderlərini hazırlamaq məqsədinə hədəflənib. 
 Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 - ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili” tədbirinin icrası məqsədilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında ikili diplom üçün ilkin razılıq əldə edilib, Əməkdaşlıq Memorandumu imzalanıb.  
Əməkdaşlığın icrası və gələcək layihələrin reallaşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsi nəzdində icraya məsul işçi qrupların yaradılmasına qərar verilib.
Sonda rektor Elbrus İsayev Corc Vaşinqton Universitetinin nümayəndələrinə Naxçıvan və universitet haqqında kitablar hədiyyə edib.
Kifayət Mahmudova
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728