Şəmkirdə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 27 tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verilən məlumata görə, ilin əvvəlindən rayon ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, ümumilikdə, 49 ədəd odlu silah aşkarlanıb.