azturkxeber.az
http://azturkxeber.az

Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edəcək

28-02-2025

 

Elm və təhsil naziri Emin Əmrullayev 17 mart tarixində Şabran şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 10 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728