azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq konfransda Azərbaycan Ombudsmanının ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyətindən bəhs olunub

28-02-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Özbəkistan Respublikasının Ali Məclisi İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İnstitutunun təsis edilməsinin 30 illik yubileyinə həsr olunmuş “Təmiz, sağlam və dayanıqlı ətraf mühit - insan hüquqlarının təmin olunmasının zəmanəti” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

Aparat rəhbəri tədbirdə “Milli insan hüquqları institutlarının ekoloji hüquqların təmin olunmasındakı rolu” mövzusunda çıxış edib. O, Azərbaycan Ombudsmanının fəaliyyətində ekoloji hüquqların müdafiəsi məsələsini daim diqqət mərkəzində saxladığını və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər barədə məlumat verib.

Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öz işini uğurlu nəticələrlə yekunlaşdırdığı, tədbirin yekununda iqlim dəyişmələri ilə mübarizə sahəsində mühüm qərarların qəbul edildiyi bildirilib. Azərbaycan Ombudsmanının təşəbbüsü ilə COP29 ərəfəsində Ombudsmanların Beynəlxalq Bakı Forumunun və “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirələrin də təşkil edildiyi diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728