azturkxeber.az
http://azturkxeber.az

Baş nazir: Britaniya münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır

28-02-2025

Baş nazir: Britaniya münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır


Böyük Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə, nizamlanmaya dair razılaşmalar çərçivəsində Ukraynaya qoşun və aviasiya göndərməyə hazırdır.

Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ evdə ABŞ Prezidenti Donald Trampla birgə keçirilən mətbuat konfransında deyib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Böyük Britaniya sazişin həyata keçirilməsini təmin etmək üçün quru və hava qüvvələrini göndərməyə hazırdır”.

Baş nazir qeyd edib ki, sülhün davamlı olmasına əmin olmaq üçün yeganə yol budur.

Starmer, həmçinin bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı razılaşma “sərt və ədalətli” olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728