azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan XİN: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik

28-02-2025

Azərbaycan XİN: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik


İflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, ölkəmizi əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

Bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına dair yerli mətbuatın sualına cavabında yer alıb.

O bildirib ki, Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını unutmasına baxmayaraq, onları hər kəs yaxşı xatırlayır.

Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin həqiqətən də “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun.

Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.

Fransa tərəfindən ölkəmizə qarşı bu əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728