azturkxeber.az
http://azturkxeber.az

Yasamalda mal əti adı ilə camış və at ətinin satışa çıxarıldığı aşkarlanıb

27-02-2025


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğluna və Ə.Əhmədov küçəsində fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən verilən məlumata görə, faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb və həmin məntəqələrin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728