Təcili tibbi yardıma qarlı hava şəraiti ilə əlaqədar müraciət edənlərin sayı açıqlanıb
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla 347 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 315 nəfəri müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: