azturkxeber.az
http://azturkxeber.az

“Qaçqınlıq və Qadınlar” adlı beynəlxalq onlayn konfrans keçiriləcək

27-02-2025

“Qaçqınlıq və Qadınlar” adlı beynəlxalq onlayn konfrans keçiriləcək


Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının təşkilatçılığı ilə 8 Mart -Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qaçqınlıq və Qadınlar” adlı beynəlxalq onlayn konfrans keçiriləcək.

Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, martın 1-də keçiriləcək konfransda İcmanın Qadınlar Şurasının fəalları, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) və digər qurumların nümayəndələrinin çıxışları gözlənilir.

Onlayn konfransda qaçqınlığın Qərbi azərbaycanlı qadınlara təsiri, eləcə də qayıdış və reinteqrasiya proseslərində qadınların rolu mövzusunda fikir mübadiləsinin aparılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728