“Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans işinə başlayıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilir.
Konfrans çərçivəsində “Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir”, “Bərabərlikdə dayanıqlılıq - konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” panel müzakirələri təşkil olunacaq.
Tədbirdə hökumət və dövlət nümayəndələri, millət vəkilləri, vətəndaş cəmiyyəti üzvləri, ictimai-siyasi xadimlər iştirak edir.