azturkxeber.az
http://azturkxeber.az

Postcargo” yeni funksionallığı istifadəyə verib

27-02-2025

 

“Azərpoçt” MMC-nin təqdim etdiyi “Postcargo” xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində “digital.login” ilə giriş funksionallığını istifadəyə verib. Bu yenilik istifadəçilərə “Postcargo” hesablarına giriş prosesini sadələşdirərək həm vaxta qənaəti, həm də rahatlığı təmin edəcək.

Funksionallıqdan faydalanmaq üçün istifadəçilər https://postcargo.az/ saytına daxil olub “digital.login” vasitəsilə sürətli şəkildə şəxsi hesablarına keçid edə bilərlər. Müştərinin hesabı yoxdursa, sistem avtomatik olaraq yeni hesab yaradacaq. Mövcud hesabı olan istifadəçilər isə birbaşa sistemə daxil olaraq sifarişlərini asanlıqla idarə edə biləcəklər.

Qeyd edək ki, “Postcargo” Azərbaycanın bütün bölgələrini əhatə edən yüzlərlə poçt şöbəsi ilə müştərilərinə xidmət göstərir. ABŞ, Türkiyə və Almaniyadan alış-veriş edən hər kəs üçün bu xidmət bağlamalarının sürətli və etibarlı şəkildə çatdırılmasını təmin edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728