azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın regional mərkəzləri tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

27-02-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzləri tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə Xocalı soyqırımı ilə əlaqədar tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Müvəkkil tərəfindən görülən işlərdən ətraflı bəhs edilib, hər il ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına bəyanat ünvanlandığı bildirilib.

Eyni zamanda, bu cinayət əməlinin beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi tanınmasının, cinayətkarların ədalət mühakiməsi qarşısında cavab vermələrinin əhəmiyyəti diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728