azturkxeber.az
http://azturkxeber.az

NİİM: Qarlı hava şəraitinə baxmayaraq, paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaranmayıb

27-02-2025


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qarlı hava şəraiti ilə paytaxt yollarındakı vəziyyətə dair məlumat yayıb.

NİİM-dən bildirilib ki, qarlı hava şəraitinin olması ötən gün axşam və gecə saatlarında, eləcə də hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaratmayıb.

“Mərkəzin müşahidə kameralarının təsir zonasında yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması müşahidə edilməyib. Gecə saatlarında Zığ dairəsi-Hava limanı yolunda, Heydər Əliyev prospektində, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda buzlaşma olduğundan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib, müvafiq olaraq bütün tablolarda “buzlu yol” işarəsi qoyulub. Bununla yanaşı, təhlükəsizliyi təmin etmək, baş verə biləcək qəzaların, texniki nasaz avtomobillərin yolda qalması səbəbindən yaranan nəqliyyat sıxlığını vaxtında aradan qaldırmaq üçün yol polisinə mütəmadi məlumatlar ötürülür”, - deyə məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728