azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda mədəniyyət müəssisələri üçün 26 adda musiqi aləti alınacaq

27-02-2025

 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər planında öz əksini tapmış layihələrin, habelə investisiya layihələrinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
 mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, “Naxçıvan Muxtar Respublikasının sosial- iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər davam etdirilir.
Qeyd edək ki, "Dövlət Proqramı" çərçivəsində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədi ilə 26 adda musiqi alətlərinin alınması üçün müqavilə bağlanılıb .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728