azturkxeber.az
http://azturkxeber.az

Tural Gəncəliyev: Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkirlər

26-02-2025

Tural Gəncəliyev: Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkirlər


Bir neçə əsrdir ki, Fransa öz müstəmləkəçilik siyasətini qoruyub saxlayıb. Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkirlər. Təəssüflər olsun ki, Fransa müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiqini və siyasi təsirini saxlamaqda davam edir.

Bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə bildirib.

O qeyd edib: “Birinci növbədə Fransanın yaratdığı yalançı nağıllara qarşı mübarizə aparmalıyıq. Fransa bəzən müstəmləkəçiliyi sivilizasiya missiyası kimi təqdim edir. Halbuki həmin torpaqlarda yaşayan xalqlar artıq sivil vətəndaşlardır və onlara xarici müdaxilə lazım deyil. Buna görə də, Fransa orada hansısa sivilizasiya fəaliyyəti apardığını iddia edə bilməz. Media nümayəndələri olaraq siz bu məsələyə diqqət çəkə, kütləvi qırğınlar haqqında məlumat yayıb həqiqətləri dünyaya çatdıra bilərsiniz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728