azturkxeber.az
http://azturkxeber.az

Qvadelupalı jurnalist: Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizəmizə dəstək verən yeganə Şərqi Avropa ölkəsidir

26-02-2025

Qvadelupalı jurnalist: Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizəmizə dəstək verən yeganə Şərqi Avropa ölkəsidir


Azərbaycan yeganə Şərqi Avropa ölkəsidir ki, bizim xalqlarımıza müstəmləkəçiliyə qarşı mübarizədə kömək edirsiniz.

Bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvləri ilə görüşdə Qvadelupadan gələn “CANAL10” telekanalının jurnalisti Zandronis Danik deyib.

“1967-ci ildə Fransa bizim xalqlara qarşı kütləvi qırğın törədib. O xalqlar, sadəcə, iş hüququnu tələb edirdilər. Fransanın apardığı siyasət çox mürəkkəbdir. Kütləvi informasiya vasitələri olaraq bizim üçün öz işimizi davam etdirmək çox çətindir. Çünki məlumatların yayımlanmasında çətinliklərlə üzləşirik. Həqiqətləri çatdırmaq istəyən müxtəlif qəzetlər, jurnallar cəzalandırılıblar. Ancaq bütün bunlara baxmayaraq, biz öz mübarizəmizi davam etdirəcəyik”, - deyə Zandronis Danik vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728