Ombudsman və Aparatın əməkdaşları Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər


Ombudsman və Aparatın əməkdaşları Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.
Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.
Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: