azturkxeber.az
http://azturkxeber.az

Ülvi Mehdiyev: Dörd qitədə "ASAN xidmət"in təcrübəsi öyrənilir

26-02-2025

Ülvi Mehdiyev: Dörd qitədə "ASAN xidmət"in təcrübəsi öyrənilir


İşğaldan azad olunmuş ərazilərdə çox böyük infrastruktur layihələri həyata keçirilir, vətəndaşların həmin ərazilərə köçü ilə bağlı zəruri şərait yaradılır. Vətəndaşlar bu ərazilərə köçdükdən sonra orada yeni "ASAN xidmət" mərkəzləri də fəaliyyət göstərəcək.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətdədir, Şuşa, Xankəndi və ətraf ərazilərdə yaşayan sakinlərə xidmət edir. Gələcəkdə əhali tam məskunlaşdıqdan sonra digər rayon və bölgələrdə də "ASAN xidmət"in fəaliyyəti məsələsinə baxılacaq.

"Ümumilikdə ölkə ərazisində 28 "ASAN xidmət" mərkəzi vətəndaşlara xidmət edir. Bundan əlavə, 10 səyyar avtobus "ASAN xidmət"in olmadığı ərazilərə səyahət edir və xidmət göstərir.

25 ölkə və beynəlxalq təşkilat "ASAN xidmət"lə saziş imzalayıb və biz öz təcrübəmizi onlarla paylaşırıq. Demək olar ki, 4 qitədə ölkələr "ASAN xidmət" təcrübəsini öyrənirlər. Proses davam edir", - deyə Ü.Mehdiyev əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728